Macarıstanın xarici işlər naziri Peter Siyarto Bakıya gəlib.
Nazir bununla bağlı “Facebook” sosial şəbəkəsində paylaşım edib.
“Gecə xüsusilə uzundur, amma burada tezliklə səhər açılacaq və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Macarıstan-Azərbaycan Birgə İqtisadi Komitəsinin iclası keçiriləcək”, – nazir qeyd edib.