Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.
Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclası zamanı MOL Azərbaycanın icraçı direktoru Attila Somfai deyib.
“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib, buna baxmayaraq, biz investisiyaların həcmini və uzunmüddətli əməkdaşlığımızı artırmağı gözləyirik”, – Attila Somfai qeyd edib.
MOL nümayəndəsi əlavə edib ki, şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində, eləcə də sürtkü yağlarının tədarükü sahəsində və neftayırmanın yaxşılaşdırılması istiqamətində işlərdə SOCAR ilə səmərəli əməkdaşlıq qurub.