Ailə vəziyyətiniz haqqında sual təkcə formal olaraq verilmir. Rekruter mütləq verdiyiniz cavabı konkret vəzifənin öhdəlik və tələbləri ilə tutuşduracaq. Ailənin olub-olmaması tez-tez vacib rol oynayır.
Siz hesab edə bilərsiniz ki, ailə vəziyyəti – müstəsna hal kimi sizin şəxsi işinizdir və onun işə heç bir aidiyyəti yoxdur. Lakin bir çox işə götürənlər başqa cür fikirləşir.
Bir iş üçün ailəli, digəri üçün isə subay şəxs daha uyğundur. Bəs sizin ailə statusunuzla bağlı işə götürən hansı qənaətə gələcək?
Subay və ya evli kişi
Çox ehtimal ki, subay üçün normallaşdırılmamış iş günü və ezamiyyətlər daha çox münasibdir, nəinki ailəli insan üçün. Əgər evdə sevimli qadın və uşaqlar gözləyirsə, onda siz çətin ki ehtiyac yarandıqda işdə yubanmaq və böyük bir həvəslə çətin layihəni tamamlamaq istəyəcəksiniz. Çox güman ki, istirahət günlərini də ailənizə həsr edəcəksiniz. Lakin istənilən işə götürən istəyir ki, siz hətta boş vaxtlarınızda da işlə bağlı məsələləri fikirləşəsiniz. Təbii ki, sizin şəxsiyyət vəsiqənizdə subay yazılması, o demək deyil ki, sizin heç bir münasibətiniz yoxdur və özünüzü ailəli insan kimi aparmayacaqsınız. Lakin iş daha çox vaxt tələb edir, yubanmaq zəruriliyi var və ya ezamiyyətlərə getmək tələb olunursa, onda işə götürən subay əməkdaşı üstün tutacaq.
Əgər iş müntəzəm və müəyyən ritmə malikdirsə, onda işə götürənin marağını məsuliyyətli, düşüncəli kimi ailəli insan daha çox cəlb edəcək. Belə ki, ailə həyatı stabillik və etibarlılığı təminatıdır, namizəddə isə çox ehtimal ki, bu keyfiyyətlər olacaq və əsassız risklərə daha az meylli olacaq.
Ailəli və subay qadın
Qadının ailə vəziyyəti birmənalı qarşılanmır. Bir tərəfdən qadın ailəli deyilsə, onda onun ailə qurmaq və deməli, dekret məzuniyyətinə çıxmaq ehtimalı yüksəkdir. Digər tərəfdən isə onun üzərində ailə öhdəlikləri yoxdur və o özünü bütünlüklə karyerasına həsr edə bilər. Ona görə də müsahibə götürən sizin ailə qurmaqla bağlı gələcək planlarınız ilə maraqlansa, təəccüblənməyə dəyməz.
Qadınlar bir qayda olaraq, kişilərə nisbətən uşaqlarına daha çox vaxt ayırırlar. Buna görə də uşaqların olması çoxlu sayda gecikmə və işə gəlməmə kimi təhlükələr yarada bilər.
Vətəndaş nikahı
Vətəndaş nikahında yaşadığınızı işə götürənə deməsəniz daha yaxşı olar. Əgər siz müəyyən səbəblərə görə nikahı hüquqi olaraq rəsmiləşdirmək istəmirsinizsə, onda işə götürənə elə gələ bilər ki, siz kifayət qədər etibarlı deyilsiniz və ya işdə stabillik ilə bağlı problemlər yarana bilər.
Əlbəttə hər şey işin xüsusiyyəti və işə götürənin üstünlük verdiyi şeylərdən asılıdır. Lakin ailə vəziyyətinizi gizlətmək mənasızdır – bu onsuz da gec-tez məlum olacaq. Ailə vəziyyətiniz ilə bağlı güclü tərəflərinizə diqqət çəksəniz yaxşı olar. Deyə bilərsiniz ki, ailə sayəsində siz daha məsuliyyətli olmusunuz və bu keyfiyyəti işdə tətbiq etməyi öyrənmisiniz.