13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda BOKT-lar 3 ayda 111 nəfəri işçi heyətinə qatıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2024-cü ilin mart ayının 31-nə 3400 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2023-cü il ilə müayisədə BOKT işçilərinin sayı 445 nəfər və ya 15% artıb. Belə ki, ötən ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 955 nəfər olub.

Ötən ilin dekabr ayının sonunda BOKT işçilərinin sayı 3289 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 111 nəfər artırıb.

Bu dövrdə BOKT-filiallarının sayı isə 303 ədəd olub. Ötən ilin müvafiq dövründə sə BOKT-ların sayı 279 ədəd olub ki, bu da illik müqayisədə 24 BOKT filialının açılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər