13 C
Baku
Friday, November 22, 2024

“Naftoqaz” Rusiya ilə qaz tranziti müqaviləsini uzatmayacaq

“Naftoqaz” Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini nəzərdə tutan müqaviləni uzatmaq niyyətində deyil.

Bunu adı çəkilən şirkətin icraçı direktoru Aleksey Çernışov deyib.

O bildirib ki, müharibə başladıqdan sonra Rusiya Ukraynanin ərazisindən tranzit olunan mavi yanacağın həcmini 95 faiz azaldıb.

Şirkət rəhbərinin sözlərinə görə, rəsmi Moskva uzun müddətdir tranzit haqqını da ödəməkdən yayınır.

Qeyd edək ki, iki ölkə arasında qazın Ukrayna ərazisindən nəqlini nəzərdə tutan razılaşma bu ilin sonunda qüvvədən düşür. Ekspertlərin fikrincə, bu amil Avropa İttifaqını 2025-ci ilin əvvəlinədək alternativ təchizat mənbələri axtarmağa vadar edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər