9 C
Baku
Thursday, December 12, 2024

“AS Group”un törəməsinin rəhbəri dəyişdirildi

“AS Group Investment” MMC-nin bir hissəsi olan beynəlxalq nəqliyyat şirkəti “Fresh Logistics” MMC-nin baş direktoru dəyişib.

Banker.az-a daxil olan məlumata görə, bu  günə qədər şirkətə rəhbərlik edən Rəsul Mövsümov Şahin oğlu bu vəzifədən ayrılıb.

Onu bu vəzifədə Səmərqənd Aslanov Həsən oğlu əvəz edib.

Rəsul Mövsümov ana şirkət olan “AS Group Investment” MMC-nin təsisçisi Şahin Mövsümovun oğludur.

Şirkətə indiyə qədər rəhbərlik etmiş şəxslər:

  • 2017-iyundan 2018-ci ilin mayına qədər: Səmərqənd Aslanov Həsən oğlu
  • 2018-ci ilim mayından 2019-cu ilin fevralına qədər: Denis Griaznov
  • 2019-cu ilin fevraldan 2020-ci ilin aprelinə qədər: Murad İsfəndiyarov Həsən oğlu
  • 2020-ci ilin aprelindən 2024-cü ilin aprelinə qədər: Rəsul Mövsümov Şahin oğlu

“Fresh Logistics” MMC 2017-ci ildən fəaliyyət göstərir. Şirkətin avtomobil parkında MAN, DAF, KRONE, KASSBOHRER, Schmitz Cargobull, Carrier kimi tanınmış şirkətlərin soyuducuları və yarımqoşquları olan 120-dən çox yük maşını vardır. Şirkət əsasən kənd təsərrüfatı məhsulları, dərman vasitələri, elektronika və dondurulmuş malların daşınması ilə məşğuldur. Şirkətin nəqliyyat vasitələri Gürcüstan, Rusiya, İran, Türkiyə, Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Moldova kimi bütün MDB ölkələrinə mal daşıyır.

Son xəbərlər
Digər xəbərlər