14 C
Baku
Thursday, November 7, 2024

“Apple” ABŞ tarixində ən böyük “buyback” elan edib

“Apple” 110 milyard dollar dəyərində səhm alışını elan edib. Qeyd edək ki, bu, ABŞ tarixində yeni rekorddur. Şirkətin əvvəlki rekordu 2018-ci ildə olub və 100 milyard dollar təşkil edib.

Şirkət bu barədə 2024-cü maliyyə ilinin ikinci rübünün martın 30-da başa çatdığını bildirərkən elan edib. Şirkətin gəliri illik müqayisədə 4% azalaraq 90.75 milyard dollara çatsa da, nəticə orta hesabla 90.01 milyard dollarla analitiklərin gözləntilərini üstələyib. “Apple” şirkətinin rəhbəri Tim Kukun sözlərinə görə, gəlir artımı bu rübdə bərpa olunacaq.

iPhone satışları 45.96 milyard dollar (əvvəlki 51.33 milyard dollara qarşı), Mac – 7.45 milyard dollar (7.17 milyard dollar), iPad – 5.56 milyard dollar (6.67 milyard dollar), digər cihazlar və aksessuarlar – 7.91 milyard dollar (8,76 milyard dollar) gəlir gətirib. Xidmətlərdən (“Apple Music”, “Apple TV+” və digərləri) gələn gəlir 14% artaraq 23.9 milyard dollara çatıb.

Rüblük xalis gəlir bir il əvvəl 24.16 milyard dollardan aşağı düşərək 23.64 milyard dollar təşkil edib. Avadanlıq istehsalçısının səhmləri iş saatlarından sonrakı ticarətdə təxminən 6% artıb.

Son xəbərlər
Digər xəbərlər