Banker.azın verdiyi informasiyaya görə, Azərbaycanda tətbiq olunacaq qanuna görə, 50 000 dollardan yuxarı məbləği xaricə köçürənlər əlavə 20% rüsum ödəməli olacaq.
Bu gün ANS-ə Maliyyə naziri Samir Şərifov bu qanunla bağlı aşağıdakıları bildirmişdir: “Misal üçün xarici Azərbaycana 10 mln. dollar investisiya qoyan şəxs, bir neçə ildən bu pulu 15 mln. dollara çatdırırsa, burada onun 5 mln. gəliri vardır. Əvvəldən qoyulan 10 mln. dollar onun mayasıdır və bu pulu o istədiyi vaxt sərbəst şəkildə ölkədən çıxara bilər. Yerdə qalan 5 mln. gəlirə o bütün vergiləri ödəməlidir. Bu əvvəldə belə olub,indidə belədir. Yəni xaricilər 20% rüsum tətbiq olunmayacaq”