Gürcü əsilli qazaxıstanlı iş adamı, “Kaspi.kz”in səhmdarı Mixail Lomtadze İngiltərənin “Wycombe Wanderers” peşəkar futbol klubunun əksər səhmlərinin sahibi olub. Bu barədə klubun saytında yer alan məlumatda deyilir.
“Wycombe Wanderers” futbol klubunun 90%-nə sahib olan “Feliciana EFL Ltd”nin mülkiyyəti “Feliciana EFL LLC”dən Mixail Lomtadzeyə məxsus “Blue Ocean Partners II Limited”ə keçib”, – press-relizdə vurğulanır.
“Forbes” jurnalının məlumatına görə, Gürcüstanın ən zəngin adamı hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili deyil, Lomtadzedir.