“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “PAŞA Development” şirkətində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Elmir Hüseynov “PAŞA Development” şirkətində Daşınmaz əmlak qrupu üzrə Maliyyə direktoru vəzifəsinə təyin olunub.
Elmir Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (The University of Bristol) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Eyni zamanda, ADA Universitetində və həmtəsisçisi olduğu BRIDGE Academy-də vergi və maliyyə təlimləri üzrə tədris aparır.
Qeyd edək ki, “PAŞA Development” MMC 12 iyun 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. Şirkət, onun tabeçiliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir.