Gələn il turizm sektoru iş yükü baxımından gərgin olacaq.
Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə deyib.
O bildirib ki, turizm koodinasiyalı fəaliyyət növüdür və koordinasiya olmasa, digər dövlət qurumları, özəl sektor proseslərə cəlb edilməsə yüksək nəaliyyətlər əldə etmək mümkün olmayacaq.