Bir dilənçi yolun kənarında oturub insanlardan pul dilənirdi. Bu zaman yaxınlıqdan keçən bir atlı qamçı ilə yoxsul kişinin üzünə zərbə endirir. Yoxsul gözdən itən atlının ardıyca baxır və deyir:
— Xoşbəxt ol.
Hadisənin şahidi olmuş bir kəndli onun bu sözünü eşitdikdə soruşdu:
— Sən bu qədərmi acizsən?
— Xeyir, — seyə dilənçi cavab verdi, — Sadəcə, əgər atlı xoşbəxt olsaydı, o mənim üzümə zərbə vurmazdı.