9 C
Baku
Thursday, December 12, 2024

ABŞ təşkilatı Azərbaycandakı kredit biznesindən son dörd ildə 11.28 mln. manat dividend əldə edib

ABŞ-nin Azərbaycandakı mikromaliyyə üzrə törəmə maliyyə təşkilatı “Finca Azerbaijan BOKT” MMC 2023-cü ildə də səhmdarına dividend elan edib.

Banker.az xəbər verir ki, bank olmayan kredit təşkilatı 2023-cü ildə bölüşdürülməmiş mənfəətindən təsisçisinə 2.287 mln. manatlıq dividend ödəyib.

BOKT 2020-ci ildən dividend ödəyib. Bu da son 4 ildə 11.280 mln. manatlıq ümumilikdə ödənişlər gerçəkləşdirib.

“Finca Azerbaijan” sonuncu 2023-cü ili 3.908 mln. manat xalis mənfəət əldə etmişdi.

BOKT-nin ana şirkəti “FINCA International” ABŞ-də yerləşir və Azərbaycandakı BOKT-dəki payı 100%-nə sahibdir. “Finca Azerbaijan”nın 3.756 mln. manat nizamnamə kapitalı var.

1 yanvar 2024-cü il tarixinə bölüşdürülməmiş mənfəəti isə 14.110 mln. manatdır.

34322433423

Son xəbərlər
Digər xəbərlər