Bu günlərdə Facebook sosial şəbəkəsində bəziləri üçün faydalı, digərləri üçün təhlükəsiz olan bir funksiya aşkarlanıb. Qeyd olunan funksiya vasitəsi ilə,siz facebooka telefon nömrəsini daxil etməklə, onun kimə məxsus olduğunu müəyyənləşdirə bilərsiniz.
Sistem, hesabın aktivasiya vaxtı facebookda qeyd olunan telefon nömrəsinə uyğun axtarış edir.
Banker.az bu sistemin işlək olmasını yoxlamış və buna əmin olmuşdur – sistem çox şəxslər üçün işləyir.
Yoxlamaq üçün qeyd olunan yerə +994 yazmaq lazımdır. Bu Azərbaycanın beynəlxalq kodudur. Və təbii ki telefon nömrəsini qeyd etmək lazımdır. Misal üçün əgər axtardığınız şəxsin telefon nömrəsi 050 200 99 99-dursa, o zaman Facebookda onu bu formada qeyd etməlisiniz +994502009999
Əgər siz telefon nömrənizin digərləri tərəfindən müəyyənləşdirilməsini istəmirsinizsə o zaman Facebook ayarlamalarından aşağıdakı addımları etməlisiniz:
- Şəkildə göstərilən ayarları seçməli
- Facebook-un telefon nömrəniz ilə bağlantısını silməlisiniz. Düzgür, təhlükəsizlik baxımdan bu addımın atılması yaxşı hal hesab edilmir, çünki giriş parollarınız yaddan çıxarsa o sizə Facebook tərəfindən məhz telefon nömrənizə SMS vasitəsi ilə göndərilir.