6 C
Baku
Sunday, December 15, 2024

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında 10-11 may 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN)  bildirilib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Son xəbərlər
Digər xəbərlər