“Azərboru” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 27 iyun 2024-cü il tarixində saat 11:00-da Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında keçiriləcək.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərboru” ASC-nin Müşahidə Şurasının seçilməsi
2. “Azərboru” ASC-nin Müfəttişinin seçilməsi
3. “Azərboru” ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək “Azərboru” ASC-nin Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Qeyd edək ki, “Azərboru” ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 3517348 manatdır və qanuni təmsilçisi Əliağa Heydərovdur.