Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yeni strukturu və nizamnaməsi təsdiqlənib.
Bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
İclasda, həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Etnoqrafiya və etnologiya” ixtisası üzrə doktorant və dissertantlarının AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna keçirilməsi haqqında qərar verilib.