13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda minik avtomobili istehsalı 25%, traktor istehsalı isə 21% azalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 219,4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz azalmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz artıb.

2024-сü ilin yanvar-aprel aylarında 948 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 311 ədəd az minik avtomobili istehsal olunmuşdur. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 20,5 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər