14 C
Baku
Saturday, October 19, 2024

“Bank VTB Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub

Qafarov İlham Qafar oğlu VTB (Azərbaycan) bankının Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, bu barədə qərar bankın Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.

Qafarov İlham Qafar oğlu 1981-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. AccessBank, Azərbaycan Beynəlxalq Bankı, VTB (Azərbaycan) və digər beynəlxalq maliyyə təşkilatlarında bank eksperti və milli məsləhətçi vəzifələrində çalışıb.

Son xəbərlər
Digər xəbərlər