13 C
Baku
Saturday, November 23, 2024

“TikTok” 60 dəqiqəlik videoları test edir

“TikTok” bəzi bazarlarda məhdud istifadəçi qrupuna platformaya 60 dəqiqəlik videolar yükləməyə icazə verib, bu barədə “TechCrunch” yazıb. Şirkət bu funksiyanı qısa müddətdə bütün istifadəçilər üçün əlçatan etməyi planlaşdırmadığını bildirib.

Xatırladaq ki, başlanğıcda “TikTok” istifadəçilərə yalnız 15 saniyəlik videoları yükləməyə icazə verirdi. 2023-cü ilin oktyabrında şirkət 15 dəqiqəlik videoları sınaqdan keçirməyə başlayıb. Hazırda “TikTok”a 10 dəqiqəlik videolar yükləmək mümkündür.

“TechCrunch” qeyd edir ki, videoları bir saatadək uzatmaqla “TikTok” sosial şəbəkəsi “YouTube” ilə rəqabət aparmaq istəyir. Nəşr hesab edir ki, xidmət “YouTube”dan fəal istifadə edən auditoriyanı ələ keçirməyi planlaşdırır.

2022-ci ildə “YouTube” ilə rəqabət fonunda sosial şəbəkə üfüqi ekran rejimini sınaqdan keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər