Türkiyə xaricdən gətirilən ikinci smartfonun qeydiyyatını qadağan edib. Qeyd edək ki, ölkəyə gətirilən bütün smartfonlar qeydiyyata alınır. Bu, gəlişdən sonra 120 gündən gec olmayaraq edilməlidir, əks halda telefon bloklanır. Qeydiyyat smartfonun identifikasiya nömrəsi (IMEI) vasitəsilə həyata keçirilir.
Əvvəlki qaydada bunun üçün hökumət portalında 30 min türk lirəsi rüsum ödənilirdi. Yeni qaydaya görə isə bir telefon gətirildikdən sonra iki il ərzində ikinci telefon gətirib qeydiyyata almaq mümkün olmayacaq.
Telefon qeydiyyatı İnformasiya Texnologiyaları və Rabitə Departamenti tərəfindən həyata keçirilir. Departamentin sözlərinə görə, ötən ilin dördüncü rübündə Türkiyədə xaricdən gətirilən 3.5 milyon smartfon qeydə alınıb.