17 C
Baku
Friday, October 18, 2024

Almaniya geri çağırdığı səfirini Moskvaya qaytarıb

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

Bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbokun göstərişi ilə mayın 6-dan geri çağırılıb. Buna səbəb Almaniya Sosial Demokrat Partiyasının rəsmi Moskvanı özlərinə aid informasiya resurslarına kiberhücumlarda ittiham etməsi olub.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin addımı rəsmi Berlin tərəfindən yol verilən qeyri-dost hərəkət adlandırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər