Azərbaycanda 59 min hektar ərazidə pivot suvarma sistemləri qurulub.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması üçün strategiya hazırlanıb: “Bu, resursların idarə edilməsi baxımından çox vacibdir. Beləliklə, bütün bu fəaliyyətlər özəl-dövlət tərəfdaşlığı vasitəsilə kənd təsərrüfatı sektorunda iqlimə davamlılığı gücləndirməkdir və bunlar strategiyaya daxildir”.
O vurğulayıb ki, ölkədə iri fermer təsərrüfatlarında ağıllı kənd təsərrüfatı təcrübələri həyata keçirilir: “Bu təcrübələrlə torpaqda eroziyasının qarşısını almaq mümkündür. İşğaldan azad edilmiş ərazilərdə iqlimə uyğun kənd təsərrüfatı təcrübəsinin həyata keçirilməsi üçün özəl-dövlət tərəfdaşlığı formasında aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.