14 C
Baku
Saturday, November 23, 2024

Nazir: Türk dövlətlərinin dünya iqtisadiyyatında önəmli yer tutacağı gözlənilir

Türk Dövlətləri Təşkilatına (TDT) daxil ölkələrin 2024-cü ilin sonundan etibarən 1,9 trilyon iqtisadi böyüklük və 187 milyonluq əhali ilə dünya iqtisadiyyatında önəmli yer tutması gözlənilir.

Bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.

O bildirib ki, Türk İnvestisiya Fondunun qurulmasında əsas məqsəd türk dövlətləri arasındakı iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməkdir: “Türk investisiya fondunu 500 milyon dollarlıq nizamnamə kapitalı ilə qururuq. Türkiyə İnvestisiya Fondu həm dövlət, həm də özəl sektor investisiyalarımızı sürətləndirəcək”.

Nazir, həmçinin Macarıstanın da fonda üzv olmaq istədiyini diqqətə çatdırıb.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər