Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 914 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 288 milyon manat və ya 11 faiz çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər