“Regional” Bank Olmayan Kredit Təşkilatı MMC-yə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Mobil Şərifov Famil oğlu BOKT-nin direktoru təyin edilib.
Buna qədər direktor Bəşir Cəbrayılov Eldar oğlu idi.
M.Fərifov bundan öncə ləğv edilmiş “Ata Bank” ASC və eləcə də “Finex Kredit” BOKT kimi kredit təşkilatlarında çalışıb.
Bu BOKT-nin nizamnaməsinə əsasən, təkbaşına icra orqanı tərəfindən idarə edilir.
Xatırladaq ki, “Regional” BOKT 2014-cü ildə təsis edilib və 500 100 manat nizamnamə kapitalına sahibdir.