2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 78% artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkələrimizin iqtisadi imkanlarını nəzərə alsaq, ticarət dövriyyəsinin daha da artması üçün bizim geniş imkanlarımız var.
“Sənaye kooperasiyası sahəsində yüngül, kimya və mədənçıxarma sənayesində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var”, – deyə nazir əlavə edib.