12 C
Baku
Saturday, November 23, 2024

“KazMunayQaz”: Aralıq dəniz akvatoriyasına tədarük Azərbaycan nefti hesabına artıb

Bu ilin birinci rübündə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin magistral və dəniz yolu ilə neft nəqlinin həcmi 14.2% artaraq 21 milyon tondan çox təşkil edib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, KMG 2024-cü ilin birinci rübü üçün istehsal nəticələrini açıqlayıb.

“Magistral və dəniz yolu ilə neft nəqlinin ümumi həcmi 14.2% artaraq 21 milyon 541 min tona çatıb. Magistral boru kəmərləri ilə neft nəqlinin həcmi 7.9% artaraq 18 milyon 081 min ton təşkil edib. Artım neftin Avropaya ixrac həcminin çoxalması, həmçinin Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması ilə əlaqədar olub”, – məlumatda qeyd olunub.

Bu ilin ilk rübündə dəniz yolu ilə neft nəqlinin ümumi həcmi Aralıq dənizi və Xəzər dənizlərindəki həcmlərin artması sayəsində 65.2% artaraq 3.46 milyon tona çatıb.

Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə nəql edilən Azərbaycan nefti hesabına Aralıq dənizinə daşıma artıb. Xəzər dənizində həcmlərin artması Aktau limanı – Mahaçqala limanı və Aktau limanı – Bakı limanı marşrutları üzrə daşımaların həcminin artması ilə bağlıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər