Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyindən verilən məlumata görə, Şengen vizasının qiyməti iyunun 11-dən bütün dünyada 12% artacaq.
“C” tipli Şengen vizasının qiyməti 12% artacaq və böyüklər üçün 90 avro, 12 yaşdan kiçik uşaqlar üçün isə 45 avro olacaq. Altı yaşından kiçik uşaqlar üçün Şengen vizası üçün müraciət haqqı tutulmayacaq.
Qeyd edək ki, hazırda böyüklər üçün konsulluq rüsumu böyüklər üçün 80 avro, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 40 avro təşkil edir.