14 C
Baku
Saturday, November 23, 2024

“XƏZƏR” Kredit İttifaqının portfeli kiçilib

Lənkəranda fəaliyyətdə olan kredit təşkilatı “XƏZƏR Kredit İttifaqı” MMC-nin gəlirləri yüksəlsə də, əsas gəlir mənbəsi olan kreditlər kiçilib.

Banker.az bu barədə kredit ittifaqının illik audit hesabatına istinadən xəbər verir.

“XƏZƏR” Kİ-nin gəlirləri 2023-cü ildə illik müqayisədə 33 faiz artımla 136 min manat təşkil edib.

Kredit ittifaqının gəlirlərini kredit portfeli formalaşdırır və 1 yanvar 2024-cü il tarixinə portfelinin 967 min manat olub ki, illik müqayisədə 2 faiz azdır. 2022-ci ildə kredit portfelinin 982 min manat idi.

Hesabat müddətində 71 min manat üzərində xalis mənfəət əldə edib. Bu 2022-ci ildə 27 min manat idi.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

“XƏZƏR” Kİ xalis mənfəətindən üzvlərə 1 892 manat dividend ayırıb. Bununla belə, balansında illərdir yığılmış xalis mənfəət 82 min manatdır. Bu da onun kapital mövqeyni bir qədər güclü saxlamaq üçün istifadə edildiyi müşahidə edilməkdədir. Çünki, kredit ittifaqı 2022-ci ildə nizamnamə kapitalını 190 min manatdan 67 min manata endirmişdi.

1 14 2 8 3 6 4 5 5 3

Son xəbərlər
Digər xəbərlər