8 C
Baku
Thursday, December 12, 2024

“2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi mayın 23-də müzakirəyə çıxarılacaq

Milli Məclisdə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.

Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bildirilib ki, qanun layihəsi mayın 23-ü parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub. 2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər