7 C
Baku
Thursday, December 12, 2024

Bankların aktivlərinin həcmi 49 mlrd. manatın üzərinə yüksəlib

Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 221.6 mln. manat, cəmi öhdəlikləri 42 milyard 897.7 mln. manat, balans kapitalı 6 milyard 323.9 mln. manat olmuşdur.

Banker.az bunu Mərkəzi Bankın statistik bülleteninə istinad edir.

Aprel ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.6%, 0,7% və 0.4% artıb.

Aprel ayında bankların kredit portfeli 2.2% və ya 541.8 mln. manat artaraq 24 mlrd. 644.5 mln. manat olub.

Kredit portfelinin strukturunda biznes kreditləri – 54.7% (13 mlrd. 476.4 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (7 mlrd. 327 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3 mlrd. 841.1 mln. manat).

Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274.8 mln. manat (+2.1%), 185 mln. manat (+2.6%) və 82 mln. manat (+2.2%) artmışdır.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.8% təşkil eedib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.4%-i və ya 35 mlrd. 361.1 mln. manat.

Depozit portfelinin 62.6%-i (22 mlrd. 150.8 mln. manat) hüquqi şəxslərin, 37.4%-i (13 mlrd. 210.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7 mlrd. 414.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8 mlrd. 617.7 mln. manat) milli valyutada, 34.8%-i (4 mlrd. 592.6 mln. manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17 mlrd. 262.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər