16 C
Baku
Monday, October 28, 2024

“Inter Milan” futbol klubunun sahibi dəyişib

İtaliyanın “Inter Milan” futbol klubu Amerikanın “Oaktree” fonduna keçib. Bu barədə “Sky Sport Italy” fondun bəyanatına istinadən məlumat yayıb.

Bu, Çin holdinqi “Suning Group”un 3 il əvvəl “Oaktree”dən götürdüyü 395 milyon avroluq krediti vaxtında ödəyə bilməməsi səbəbindən baş verib.

“Oaktree” əlavə edib ki, o, ilkin diqqətini klubun əməliyyat və maliyyə sabitliyinə yönəltməyi planlaşdırır.

Qeyd edək ki, “Suning Holdings” 2016-cı ildən “Inter Milan”ın sahibi olub.

Son xəbərlər
Digər xəbərlər