-1 C
Baku
Sunday, December 15, 2024

“Simurq Kompani” şirkəti ötən ili zərərlə başa vurub

“Simurq Kompani” ASC 2023-cü ildə 33 097 manat zərər edib. 2022-ci ili ASC 233 017 manat zərərlə bağlayıb ki, bu da illik müqayisədə zərərin 86% azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Simurq Kompani” ASC-nin əsas əməliyyat gəlirləri 1 milyon 249 min manat (əvvəlki ilə nisbətən 5% az), satışın maya dəyəri 1 milyon 282 min manat (17% az) təşkil edib.

Hesabat dövründə “Simurq Kompani” ASC-nin cəmi aktivləri 711 min manatdan 529 min manata, cəmi öhdəlikləri 837 min manatdan 705 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər