20 C
Baku
Sunday, October 6, 2024

1000000 nominallı ABŞ dolları

1 milyon dollarlıq ABŞ dolları 1988-ci ildə buraxılıb və birləşmiş ştatların digər pul nişanları kimi təhlükəsizlik səviyyəsinə malikdir. Digər valyutalar kimi o da xüsusi kağızdan, oyma çapdan, mikrorəqəm və mikroşəkillərdən, ultrabənövşəyi nişanlardan və s. dən ibarətdir. Lakin bütün bunlarla yanaşı bu 1 milyon dollarlıq banknot ödəniş vasitəsi deyil, yalnızca suvenirdir! 

1987-ci ilin 20 aprelində Qonolulu-dan (Havay adaları) olan sahibkar Tari Steward Milyonerlərin Beynəlxalq Assosiasiyasını (The International Association of Millionaires, IAM) qeydiyyatdan keçirdi. Bu assosiasiya ilk öncə düşüncə tərzlərinin dəyişdirilməsi ilə bütün dünyadan maliyyə müstəqilliyi əldə etmək istəyən insanları birləşdirirdi.

Bu assosiasiyanın rəsmi təsviri belə idi: A Worldwide Fellowship of People With a Positive Attitude Who are Motivated by Financial Freedom – Maliyyə azadlığına can atan, müsbət düşüncəli insanların ümmüdünya birliyi və ya qardaşlığı.

usd 1000000r

Təşkilatın “üzvlük bileti” 1000000 nominallı ABŞ dolları oldu. Bu banknotun dizaynı Tari Steward tərəfindən hazırlanıb və banknotun üzərində Amerikanın dövlət qulluqçusunun əvəzinə Azadlıq heykəlinin rəsmi təsvir edilib.

Banknotun arxa tərəfində nominal həm rəqəm, həm də hərflə qeyd edilmişdir. This certificate is backed and secured only by confidence in the American Dream» cümləsi isə “Bu sertifikat yalnızca Amerika arzusuna olan inamla təmin edilib” mənasında işlənmişdir.

Banknotun çapı Amerika banknot şirkətinə sifariş edilmişdi. Bu şirkət pul biletləri, qiymətli kağızlar, şəxsiyyət vəsiqəsi formaları və digər qorunan poliqrafiya məhsulları çap edən nəhəng şirkət idi.

Emissiyanın həcmi 825 800 banknot və 700 kəsilməmiş vərəq təşkil edirdi. 67,3 х 67,3 sm formatında olan vərəqə 36 banknot yerləşir və hər biri fərdi seriya nömrəsinə malikdir.

usd 1000000 36

İdeyanın müəllifinin sözlərinə görə 1000000 dollar özlüyündə incəsənət nümunəsi və sahibinin maliyyə vəziyyətinin çiçəklənməsini təcəssüm etdirən bir vasitədir.

1000000 dollarlıq bir banknotun dəyəri nə qədərdir?

1990-cı ildə milyonerlər təşkilatı yeni pul sertifikatları ilə ticarətə başladı. Vərəqin ilkin qiyməti 200 dollar idi və hər yüzüncü satış zamanı qiyməti qalxırdı. Nəticədə də, seriyanın son nümunələri bir ədədinə 9500 dollar verilərək satıldı.

Son xəbərlər
Digər xəbərlər