Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 08 may 2024-cü il tarixli qərarı müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan “Agents Tim” Sığorta Agenti MMC-nin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Xatırladaq ki, “Agents Tim” Sığorta Agenti MMC 2009-cu ildə təsis edilib və 60 manat nizamnamə kapitalı var.