7 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Audit Şəbəkəsi REANDA International Network Limited Azərbaycanda fəaliyyətə başladı

®Beynəlxalq Audit Şəbəkəsi “REANDA International Network Limited” Azərbaycanda fəaliyyətə başladı.

Beynəlxalq reytinq üzrə sıralamada ilk 25 arasında olan REANDA International Network Limited-in Azərbaycan ofisi “REANDA Azərbaycan” MMC-nin rəhbəri Rahim Manafov bu haqda açıqlama verdi.

Qeyd etmək lazımdır ki, fəaliyyəti 2017-ci ildən etibarən davam edən “OSHAR” MMC audit şirkəti imzalanmış müqaviləyə əsasən 2024-ci ilin may ayından etibarən REANDA International Network Limited-in Azərbaycan ofisi olaraq fəaliyyət göstərir.

“REANDA Azərbaycan” MMC-nin fəaliyyət istiqamətləri geniş spektrı əhatə edir. Fəaliyyətinə audit xidmətindən əlavə olaraq insan resurslarının idarə edilməsi, mühasibat uçotu, biznesin inkişafı,vergi məsləhəti və s. xidmətlər aiddir.

Son xəbərlər
Digər xəbərlər