13 C
Baku
Friday, November 22, 2024

DVX xətti ilə büdcə daxilolmaları proqnozu 1.4 milyard manat artırılıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1% çoxdur.

Banker.az bu barədə  Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4 milyard 580 milyon manatı və ya 30%-i neft sektorunun, 10 milyard 690 milyon manatı və ya 70%-i isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Son xəbərlər
Digər xəbərlər