1 C
Baku
Saturday, December 14, 2024

Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan  verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Türkiyə və İtaliya respublikalarından ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Belə ki, aparılan sınaq nəticələrinə əsasən, Türkiyədən “Lilit” MMC-nin idxal etdiyi “İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited” müəssisəsinin istehsalı olan ümumi sayı 5250 ədəd olmaqla “Aminopanten” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink” və “Maqnezium qlisinat”, “Healthy Life” MMC-nin idxal etdiyi “Pharmanor İlaç San. Tic. LTD” müəssisəsinin istehsalı olan ümumi sayı 4500 ədəd olmaqla “Depovit New” əmtəə nişanlı və “Pharma Standart İlaç Medikal LTD ŞTİ” müəssisəsinin istehsalı olan “Desol-D3” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Vitamin D3” miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib.

Eyni zamanda “El Kompaniya” MMC-nin İtaliya Respublikasından idxal etdiyi “PNK Farmaceutici S.P.A.” müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla “İmmunovis” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink qlükonat” miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və “Vitamin D3” miqdarının isə aşağı olduğu müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər