13 C
Baku
Friday, November 22, 2024

ABŞ Maliyyə Nazirliyi Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ Rusiyada fəaliyyətini davam etdirən Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər.

Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen İtaliyanın Stresa şəhərində maliyyə nazirləri və “Yeddilik” qrupunun mərkəzi banklarının rəhbərlərinin görüşünün sonunda Reuters agentliyinə müsahibəsində deyib.

“Biz Rusiyada fəaliyyət göstərən banklara qarşı sanksiyaların daha da sərtləşdirilməsi imkanlarını nəzərdən keçiririk”, deyən Yellen, söhbət hansı konkret maliyyə qurumlarından getdiyini açıqlamayıb.

“Bunun üçün əsaslar olarsa, sanksiyalar tətbiq olunacaq. Bütün hallarda Rusiyada bankların işinin davam etdirilməsi böyük risklərlə doludur”.

“Reuters” adı açıqlanmayan mənbəyə istinadən xəbər verib ki, ABŞ Maliyyə Nazirliyi mayın əvvəlində “RBI”ya məktub göndərərək, onun Rusiyada fəaliyyətinin davam etdirilməsinin şirkətin Amerika maliyyə sisteminə çıxışının məhdudlaşdırılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Bloomberg” isə bildirib ki, Aİ-nin aparıcı bankları, əməliyyatlarını məhdudlaşdırmaq barədə ictimaiyyətə verdikləri vədlərə baxmayaraq, Rusiyada iri, getdikcə daha çox gəlir gətirən bölmələrinin fəaliyyətlərini davam etdirirlər.

Son xəbərlər
Digər xəbərlər