2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun büdcəsinin gəlirlərində 16,9 faiz artım proqnozlaşdırılır

İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9 faiz artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər