29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “EKOLİZİNQ” MMC-nin buraxılış həcmi 250 min ABŞ dolları dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
Xatırladaq ki, “Ekolizinq” MMC 10000 manat nizamnamə kapitalı var, şirkətin 100% təsisçi payı Elnur Rəsulova məxsusdur. Bununla belə, 8 925 440 manat nizamnamə kapitalı olan “Bakı Sığorta” ASC-nin 6.68% səhmlərinə sahibdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “EKOLİZİNQ” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008019500 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Yerləşdirmə üsulu | Rəqabətli |
Buraxılış həcmi | 250,000 (iki yüz əlli min) |
İstiqrazın sayı | 250 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
Minimal qiymət | 1,000 ABŞ dolları |
Maksimal qiymət | 1,000 ABŞ dolları |
Kəsmə qiyməti | 1,000 ABŞ dolları |
Ortaçəkili qiyməti | 1,000 ABŞ dolları |
Reallaşdırılmış həcmi | 250,000 ABŞ dolları |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 250,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 10% |
Ödəmə Periodu | Hər ayda bir dəfə(hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 36 ay |
İnvestor sayı | 2 |
Sifariş sayı | 2 |
İstiqrazların ödəmə tarixi | 29.05.2027 |
Anderrayter | “İnvest-Az İnvestisiya şirkəti” QSC |