“YouTube” keçən il istifadəyə verilən və Premium abunəçilərinin istifadə edə biləcəyi oyun xidmətini bütün istifadəçilərin istifadəsinə verib.
Artıq vebsayt, “Android” və ya “iOS” tətbiqi vasitəsilə “YouTube”da oyun oynamaq mümkündür.
Bu yaxınlarda texnologiya şirkətləri istifadəçiləri cəlb etmək və platformada saxlamaq üçün təsadüfi oyunlar təklif etməyə başlayıblar.
Qeyd edək ki, keçmişdə “Netflix”, “LinkedIn” və “New York Times” istifadəçilərə oxşar oyun xidmətləri təklif edirdi.