15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan İndoneziyadan 3 000 avtobus almağı planlaşdırır

Azərbaycan İndoneziyadan 3000 avtobus almağı planlaşdırır.

Bunu İndoneziya Xalq Məşvərət Şurasının spikeri Bambang Soesatyo Azərbaycan səfiri Cəlal Mirzəyev ilə görüşündə deyib.

O bildirib ki, 1992-ci il sentyabrın 24-də diplomatik münasibətlər qurulandan bəri siyasət, ticarət, sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq həyata keçirilib.

Xalq Məşvərət Şurasının spikeri qeyd edib ki, bu yaxınlarda Azərbaycan tərəfi ölkədə nəqliyyat vasitəsi kimi istifadə edilmək üçün “PT Powerspark” Koreya-İndoneziya şirkətindən 3000 avtobus almağı planlaşdırır: “Mən “PT Powerspark” Koreya-İndoneziya ilə Azərbaycan hökuməti arasında elektrik avtobuslarının alınması üzrə əməkdaşlıq planını dəstəkləyirəm”, – o deyib.

İndoneziya Xalq Məşvərət Şurasının spikeri ölkəsinin Azərbaycan üçün xam palma yağı, kokos yağı, ağac materialları, üzlənmiş panellər, tekstil və qəhvə tədarükçüsü olduğunu bildirib. Onun sözlərinə görə, 2021-ci il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 174 milyon 107 min ABŞ dolları təşkil edib. Bu məbləğin 169,783,7 min ABŞ dollarını Azərbaycandan İndoneziyaya neft ixracı təşkil edib.

“Azərbaycan İndoneziya üçün xam neft tədarükçüsünə çevrilir və dövriyyə əsas əmtəələri neft və qaz olmaqla təxminən 255 milyon 700 min ABŞ dollarına çatacaq”, – o bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr də BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar vasitəsilə çox yaxşı qurulub.

“İndoneziya Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ən sərt şəkildə pisləyən ölkələrdən olub. Hər iki ölkə tez-tez beynəlxalq təşkilatlarda bir-birinin namizədliyi və təşəbbüslərinə qeyd-şərtsiz dəstək verir”, – deyə Bambang Soesatyo bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər