10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bank problemləri ilə bağlı “Müzakirə platforması” yaradılacaq

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Hakimlər İttifaqı” (AHİ) arasında bu gün imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində bank sahəsində yaranan problemlərin müzakirəsi üçün “Müzakirə platforması” yaradılacaq.

Bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Zakir Nuriyev bildirib.

“Problemlərin müzakirəsi üçün platformaya ehtiyac var idi və biz onu yaratmaq qərarına gəldik. İndi banklar istənilən məsələni birbaşa təşkilatlarla deyil, ABA və AHİ vasitəsilə qanuni şəkildə müzakirə edəcək və təkliflər irəli sürəcək. Hesab edirik ki, bu platformada praktikada yaranan məsələləri müzakirə etmək, təkliflər irəli sürmək daha düzgündür. Beləliklə, məhkəmələrin müstəqilliyi təmin olunacaq, bank sektoru və məhkəmə sistemi ilə bağlı məsələlərin müzakirəsi üçün “müzakirə platforma”sı yaradılacaq”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər