“NBA Technologies International” MMC 2006-cı ildən fəaliyyət göstərən texnologiya şirkəti olub “GRG Banking Equipment Co.,” və “PAX Technology” şirkətlərinin rəsmi nümayəndəliyidir. Şirkət Quba, Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Naxçıvan MR və Lənkaran şəhərlərində fəaliyyət göstərir.
NBA Technologies International MMC şirkəti tərəfindən təklif olunan “iFiscal” avadanlığı xüsusi olaraq yanacaqdoldurma məntəqələri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının fiskal tələblərinə uyğun yeni nəsil kassa aparatıdır. Cihazı yanacaqdoldurma məntəqəsində pompa ilə inteqrasiya edərək əməliyyatları etibarlı şəkildə icra etmək qabiliyyəti avadanlığı digər kassa həllərindən fərqləndirir. Həll sayəsində ödəniş növündən asılı olmayaraq yanacaqdoldurma məntəqəsi işçisinin kassa qəbzini əl ilə vurmasına ehtiyac qalmır. Bu, yeni nəsil kassa aparatının yanacaqdoldurma məntəqəsinə inteqrasiyası sayəsində mümkün olmuşdur. Yanacağın doldurulması başa çatdıqdan sonra kassa terminalı pompadan məlumat alır və avtomatik qəbz çap olunur. Ödənişə dair məlumat onlayn şəkildə vergi xidmətinin serverinə göndərilir.
Terminal ilə yanaşı “iFiscal” üçün proqram təminatı NBA Technologies International MMC tərəfindən hazırlanmışdır ki, bu da təkmilləşdirmələrin və yeniləmələrin sürətinə və keyfiyyətinə müsbət təsir göstərir. Digər kassa aparatlarının quraşdırılması zamanı əlavə 700-800 manat xərc tələb edən qoruyucu qutuya və DCR avadanlığına ehtiyac olduğu halda, tətbiq etdiyimiz “iFiscal” avadanlığı əlavə heç bir xərc tələb etmir. Bu avadanlıq tozdan və nəmdən qorunmaq üçün bütün IP 54 tələblərinə cavab verir. Kassa interfeysi olduqca sadə və rahatdır.
Tətbiq etdiyimiz kassa avadanlıqlarının bütün komponentləri sənaye üsulu ilə istehsal olunaraq keyfiyyət və davamlılığa müsbət təsir göstərir.
Onuda qeyd etmək istərdik ki, Azpetrol korporativ kartlarıda şirkətimiz tərəfindən hazırlanmışdır. Həm kartlarda, həmdə mobil telefonlarda quraşdırılmış yeni aplikasiya vasitəsilə ödəniş edilməsi mümkündür. Bu həll yeni nəsil kassalarla inteqrasiya olunmuş və proses avtomatlaşdırılmışdır.
Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması işləri sürətlə davam etdirilir və hazırda Azpetrol Neft Şirkətinin 32 yanacaqdoldurma məntəqəsində 160-dan çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb. Yaxın gələcəkdə ölkə üzrə 500-ə yaxın kassa avadanlığının quraşdırılması nəzərdə tutulub. Hazırda yeni nəsil nəzarət-kassa aparatının POS terminallara inteqrasiyası istiqamətində işlər aparılır ki, bu da öz növbəsində yanacağın doldurulması prosesini daha da optimallaşdıracaq və sürətləndirəcək.