6 C
Baku
Friday, November 8, 2024

“Capital Partners İnvestisiya Şirkəti” zərərdən mənfəətə keçib

“Capital Partners İnvestisiya Şirkəti” QSC 2023-cü ili 94 533 manat xalis mənfəət ilə başa vurub. Halbuki, 2022-ci ildə şirkət 6 688 manat zərər edib.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Capital Partners İnvestisiya Şirkəti”nin əməliyyat gəlirləri 243 768 manat (əvvəlki ilə nisbətən 9.6 dəfə çox), investisiya fəaliyyəti üzrə gəliri 7 811 manat (əvvəlki ilə nisbətən 48% az), inzibati və sair əməliyyat xərcləri 154 984 (3.3 dəfə çox) manat olub.

31 dekabr 2023-cü il tarixində “Capital Partners İnvestisiya Şirkəti”nin cəmi aktivləri 666 711 manat olub ki, bu da illik müqayisədə 12% artım deməkdir. Hesabat dövründə investisiya şirkətinin cəmi öhdəlikləri 59 249 manatdan 40 645 manata düşüb, cəmi kapitalı isə 537 155 manatdan 626 066 manata çatıb.

Son xəbərlər
Digər xəbərlər