19 C
Baku
Wednesday, October 2, 2024

Hindistan Fond Birjası Modinin seçkilərdə qalib gəlməsi fonunda rekord vurub

Hindistan səhmləri Narendra Modinin böyük bir qələbə qazandığını göstərdikdən sonra rekord vurub. İyunun 3-də keçirilən hərracda Nifty 50 indeksi 3.59% artaraq rekord həddə – 23 338.7 bəndə çatıb, BSE Sensex 30 indeksi isə 3.76%artaraq 76 738.89 olub.

Eyni zamanda, 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6.9421%-ə çatıb, “Reuters” yazır.

İyunun 1-də Hindistanda parlament seçkilərinin yekun, yeddinci mərhələsi başa çatıb. Nəticələr iyunun 4-də elan olunacaq. Ümumilikdə, səsvermə 44 gün çəkib, səsvermədə təxminən 968.6 milyon insan iştirak edib.

Hindistanda seçkilər əhalinin çoxluğuna və Hindistanın qanuni tələblərinə görə bir neçə mərhələyə bölünür. Buna əsasən, seçki məntəqələri hər seçicinin evindən 2 km-dən çox olmayan məsafədə yerləşməlidir. Bu məqsədlə ölkədə yeddi mərhələli səsvermə üçün 1 milyona yaxın seçki məntəqəsi açılıb.

Son xəbərlər
Digər xəbərlər