24 C
Baku
Sunday, September 29, 2024

“Korgöz-Tikinti-Material” şirkətinin zərəri daha da artıb

“Korgöz-Tikinti-Material” ATSC 2023-cü ili 209 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 167 min manat xalis zərər ilə bağlamışdı. Belə ki, ATSC-nin zərəri 25% artıb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Korgöz-Tikinti-Material”ın cəmi gəlirləri 131 min manat (əvvəlki ilə nisbətən 24.3% az), cəmi xərcləri 339 min manat ( 0.2% az) təşkil edib.

Hesabat dövründə “Korgöz-Tikinti-Material”ın cəmi aktivləri 347 min manat olub ki, bu da illik müqayisədə 14% azalmadır. Şirkətin cəmi öhdəlikləri 1 milyon 306 min manatdan  1 milyon 457 min manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər