Macarıstan Rusiya qazından asılılığını azaltmaq məqsədi ilə tədarükün şaxələndirilməsi istiqamətində işləri davam etdirir.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, ölkənin illik qaz istehlakı 9-10 mlrd. kubmetrdir və bunun cəmi 1,5 mlrd. kubmetrini Macarıstan özü istehsal edir. Rusiya qazından asılılığı azaltmaq məqsədi ilə Azərbaycan, Türkiyə və Qətərdən qazın alınması istiqamətində işlər aparılıb və aparılır.
Nazir onu da qeyd edib ki, bu il ilk dəfə olaraq Macarıstan Azərbaycan və Türkiyədən qaz alıb.
Peter Siyarto əlavə edib ki, Qətərdə danışıqlar hələ davam edir və yaxın vaxtlarda bu sahədə razılaşma əldə olunacaq.